DÇ-2018-in daha bir iştirakçısı bəlli oldu




Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

APA-nın xəbərinə görə, İsveçrə yığması Bazeldə seçmə mərhələsinin pley-off oyununda Şimali İrlandiya ilə qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.

Rəqib meydanda, Belfastda keçirilən ilk matç İsveçrənin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

İsveçrə 11-ci dəfə futbol üzrə dünya çempionatında iştirak edəcək. Komanda üç dəfə (1934, 1938, 1954-ci illərdə) mundialın ¼ finalınadək yüksələ bilib