Atif İsmayılov: “Tanınmış bir şəxs dünyasını dəyişəndə, onun da məzarı eyni ölçülü və formalı olacaq? Əgər istisnalar tətbiq ediləcəksə, bu, qanunun pozulması anlamına gəlir”
Dəbdəbəli məzarlıqlara son verilir
08:45 12.11.2017
Arxiv
639
Naxçıvanda artıq qəbirlərin standart forması təsdiqləndi, bəs cəmiyyət buna hazırdırmı?
Atif İsmayılov: “Tanınmış bir şəxs dünyasını dəyişəndə, onun da məzarı eyni ölçülü və formalı olacaq? Əgər istisnalar tətbiq ediləcəksə, bu, qanunun pozulması anlamına gəlir”
Atif İsmayılov: “Tanınmış bir şəxs dünyasını dəyişəndə, onun da məzarı eyni ölçülü və formalı olacaq? Əgər istisnalar tətbiq ediləcəksə, bu, qanunun pozulması anlamına gəlir”
Naxçıvanda qəbirlərin standart forması, təsviri və ölçüsü təsdiq edilib. Bununla bağlı qaydaları Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərarla təsdiqləyib.
"Qafqazinfo”da yer alan məlumata görə, bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr eyni formada və ölçüdə olacaq. Qəbirlər üçün təklif edilən forma və təsvirlərin fotosu da təqdim olunur. Məzarlar eyni formada və ölçüdə, amma fərqli daşlardan təklif edilir. Bir variant qara qranitdən hazırlanacaq qəbirüstü daşlardır, digəri isə travertin daşdan. Qeyd edək ki, travertin daşları inşaatda, evlərin və binaların üzlənməsində ən çox istifadə olunan daşlardır. Travertinə "tibur daşları” da deyilir. Yonmaya tabe daşlardır.
Məzarlıqların vahid formalı, eyni ölçülü olması çoxdan müzakirəyə çıxarılan və ictimaiyyət tərəfindən də dəstəklənən məsələdir. Lakin məsələnin həlli gecikir, xüsusən də paytaxtın timsalında. Həlli çətinləşdirən hazırda mövcud olan və illər öncə düzəldilmiş dəbdəbəli məzar daşları, qəbirüstü abidələrdir. Bildirilir ki, köhnə qəbirlərə toxunulmayacaq, yəni, indiyədək nə olubsa, olub, bundan sonra dəbdəbəyə izn verilməyəcək. Amma bu qaydalar nə zaman təsdiqlənəcək, nə zamandan tətbiq olunacaq, hələ bilinmir.
Naxçıvan isə bu məsələdə irəli düşüb. Qərar artıq verilib, qaydalar təsdiqlənib. Qəbirüstü abidənin forması da təqdim edilib. Onu da deyək ki, təklif olunan model daha çox şəhid məzarını xatırladır. Türkiyədə buna bənzər məzarlıqlar adətən şəhidliklərdə salınır. Həmçinin, qəbir daşlarının eyni formalı olması da sual yaradır; "qəbir daşı mütləq belə olmalıdır” demək nə dərəcədə düzgündür? Dəbdəbəyə izn verməməklə insanları eyni formada qəbirüstü daş düzəltməyə məcbur etmək fərqli məsələdir.
İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında islam dininin məhz məzarlıqlarla bağlı hər cür dəbdəbə və həddin aşılmasına qarşı olduğunu bir daha xatırlatdı:
- Bu məsələ dəfələrlə müzakirə olunub və din xadimləri də dəbdəbənin dinimizin təməl prinsiplərinə zidd olduğunu bildiriblər. Bəli, islam şəriəti məzarların dəbdəbəli formada, bərli-bəzəkli düzəldilməsinə qarşıdır. Amma bu, ölçüyə aid deyil. Standart forma təklif etmək, standart təsvir tövsiyə etmək olar, lakin bu, mütləq əmr, vacibat şəklində olmamalıdır. İnsanlar qarşısında mütləq tələb qoymaq düzgün deyil. Təklif və tövsiyə edilməlidir. Bər-bəzəkli, dəbdəbəli qəbirüstü daşlara qarşı çıxmaq o demək deyil ki, bütün qəbirlərə standart forma tətbiq edilməlidir. Təklif edilən formanın sadə, təvazökar biçimli olması yetərlidir. Hər şeyi standartlaşdırmaq da düzgün deyil. İnsanlara seçim imkanı verilməli, lakin nəzarət edilməlidir ki, ifrata varılmasın. Məsələn, qəbir daşları üçün normal ölçülər, həmçinin sadə formada sinə və baş daşı nümunələri təklif edilməlidir. Bəlkə birinin imkanı qara qranit və ya travertin daşı almağa çatmayacaq, adi mişar daşından, əhəng daşından istifadə edəcək?! İnsanların imkanlarını nəzərə alaraq seçim üçün şərait yaradılmalıdır.
H.A.İsmayılov məzarüstü daşların qoyulmasında istisna hallarla bağlı da suallar yaranacağını söylədi:
- Tanınmış bir şəxs dünyasını dəyişəndə, onun da məzarı eyni ölçülü və formalı olacaq? Əgər istisnalar tətbiq ediləcəksə, bu, qanunun pozulması anlamına gəlir. Müstəsna halların olması, artıq qaydalara uyğunsuzluqdur.
İlahiyyatçı hesab edir ki, qanunla tənzimlənmə işin yalnız bir tərəfidir:
- Elə məsələlər var ki, yalnız qərar və qanunlarla müsbət nəticələr gözləmək real görünmür. Belə məsələlərdə cəmiyyətin maariflənməsinə ciddi ehtiyac var. İnsanlarımız dinin əsaslarını bilməlidir, anlamalıdırlar ki, dinimiz hər cür ifrata, hədsizliyə qarşıdır. Rəhmətə getmiş şəxsə hündür baş daşı qoymaq, dəbdəbəli məzar daşı düzəltdirməyin ölüyə nə bir xeyri, nə də bir aidiyyəti var. Bundansa, rəhmətə getmiş şəxsin xatirəsinə yaxşı bir iş, savab bir əməl edib alqış, dua qazandırsınlar. Cəmiyyətimiz bunu anladıqca, dəbdəbəli məzar daşlarından getdikcə özü əl çəkəcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə