Dəhşətlidir: Kirayə pulu ödənilmədiyi üçün məzardan çıxarırlar

Quatemalada mumiyalanaraq xüsusi qəbiristanlıqlara qoyulan ölülər, yaxınları lazımlı kirayəni ödəmədikləri üçün məzarları qıraraq yerlərindən çıxarılır.
Türk mediası xəbər verir ki, məzarlıqda  təmizlik işlərinə baxanlar, yaxınları tərəfindən vaxtında məzar ödənişi ödənməyən mumiya cəsədləri çıxararaq yeni müştərilərə yer açırlar.
Bir müddət anbarda saxlanan mumiya bədənlər, sahibləri, yaxınları ortaya çıxmırsa plastik torbaya qoyularaq kimsəsizlərin basdırıldığı toplu məzarlıqlardan birində dəfn edilir. Quatemala şəhərindən göstərilən bu inanılmaz təmizləmə əməliyyatı görənləri çaşdırsa da, bölgə insanı üçün alışqan bir vəziyyətdir. Ağızlarını və burunlarını bir maska ilə bağlayaraq bu əməliyyatı reallaşdıran məzar təmizləyicisi isə bunu artıq özü üçün adi bir iş olduğunu bildirir. Fotoları çəkən Jorge Dan Lopez isə bunun tam əksinəni ifadə edərək, gördüyü mənzərəni ürpədici hal olaraq xarakterizə edir. Quatemalada ayrıca 6 il içində məzar pulunun ödənməsi ilə yanaşı, yaxınları ölənlər, hər 4 ildə bir məzar kirayəsi də ödəmək məcburiyyətindədir.