Dənizdə batan 4 azyaşlı ilə bağlı cinayət işi başlanıldı


Bakıda dənizdə batan 4 azyaşlıdan sonuncunun da meyiti tapılaraq sudan çıxarılıb
Bakı şəhər Prokurorluğundan APA -ya verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.
M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin meyitləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəfərzadə Zeynəb Ramin qızının meyiti isə bu gecə tapılaraq, sudan çıxarılıb. Batan uşaqlar iki qardaşın övladlarıdır.