Deputat: “Azərbaycan öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləyir”
10:14 30.09.2020
Arxiv
312
“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri kimi yüz minlərlə məcburi köçkünün timsalında deyirəm ki, biz şanlı ordumuzun işğalçı Ermənistana qarşı keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, tezliklə bayrağımızı Xankəndi və Şuşaya sancacağıq:
“Xankəndi şəhərinin sakinlərinə söz vermişəm ki, növbəti görüşümüzü Xankəndi şəhərində keçirəcəyik. 30 ildir, xalq olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsini gözlədik. Təəssüflər olsun ki, dünya ictimaiyyəti və xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədirləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini işğalçı Ermənistanı hüquqa əməl etməyə məcbur edə bilmədi. Biz torpaqlarımıza dönmək istəyirik. Fikrimcə, dünya ictimaiyyəti və bütün beynəlxalq təşkilatlar çox gözəl başa düşürlər ki, Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır, öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləməklə məşğuldur. Buna görə də Azərbaycan Respublikasının tam hüququ var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq işğala məruz qalan bir ölkə kimi öz torpaqlarında hərbi əməliyyatlar aparmaqla düşmənin qoşunlarını çıxarsın. Biz torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq. Şanlı ordumuzun gücü və Ali Baş Komandanımızın iradəsi ilə bu məsələni tam bitirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm