Deputat Düşənbə görüşündən danışdı:"Paşinyan dərk etdi ki,danışıqlar ..."





"Ermənistanın  baş naziri Nikol Paşinyan dərk etdi ki, danışıqlar ancaq və ancaq Azərbaycan və Ermənistan arasında olmalıdır". 

Bunu "Sherg.az"a millət vəklili Aydın Mirzəzadə Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünün nəticələrindən danışarkən bildirib. 

Parlamentarinin sözlərinə görə, bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüş ölkəmizin Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ortaya qoydu: 

"Azərbaycan danışıqlara getməklə işğalçı ölkəyə yeni bir şans verir".

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşün nəticəsi ondan ibarətdir ki, "DQR” Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar masasından çıxarılacaq, danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdiriləcəkdir.

Ayyət Əhməd