Deputat Əli İnsanovdan danışdı: “Boş çəllək də çox səs çıxarır”





"Əli İnsanovun səylərinin heç bir nəticəsi olmayacaq”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Sosial Demokrat Pariyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

Millət vəkili Ə.İnsanovu boş çəlləklə müqayisə edib:

"Boş çəlləyi də üzüaşağı buraxanda çoxlu səs çıxarır. İndi Ə.İnsanov da elədir. Ə.İnsanov onu Amerikanın həbsdən azad etdiyini deməklə böyük yanlışa yol verir. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi çox güclüdür. O, heç kəsin təzyiqinə tabe olmur. Ölkə başçısı bütün məqamları öz ağlı ilə ölçür”.

Deputat Ə.İnsanovun siyasi partiya yardacağı ilə bağlı məsələyə də toxunub:

"O qədər siyasi partiyalar var ki. Biri də onun yaratdığı olsun. Nə olacaq ki?. Ə.İnsanov həbs olunmazdan əvvəl də deyirdi ki, "mənim Səhiyyə Nazirliyində 120 min yerlim var, papaq eləsəm, hamısı ayağa qalxacaq”. Amma o həbs olunanda kim ayağa qalxdı?”.

Yeganə Bayramova