Deputat güneylilərə SƏSLƏNDİ: "Niyə icazə verirsiniz ki...?"
13:32 07.02.2017
Arxiv
1579
"Ermənistan təxribatlarından qalmayacaq, biz də mübarizəmizi aparmalyıq".
Bunu Sherg.az-a Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupunun İranda konsert proqramı ilə çıxış etməsinə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib.
Deputatın sözlərinə görə, Cənubi Azərbaycandakı soydaşlarımıza demək lazımdır ki, onlar da bu məsələyə təpki göstərsin:
"Soydaşlarımıza demək gərəkir ki, siz nətəri azərbaycanlısınız? Niyə icazə verirsiniz ki, ermənilər orada konsert versinlər? Onlar da bir təpkisini göstərsinlər. Düzdü, orada danışanları tuturlar, amma onsuz da dedilər - demədilər tutulurlar. İrəvana gedən bütün yollar Cəbubi Azərbaycan kəndləri və şəhərlərinin içərisindən keçir. Bir dəfə də onlar erməniləri daşlaşsın. Biz Şuşaya gedəndə ermənilər bizi daşlayır".
Parlament üzvü separatçıların təxribatına qarşı mübarizə yollarından da söz açıb:
"O vaxt mənə dedilər ki, ermənilər gedib Amerikada "Sarı gəlin" oxuyub, deyir ki, mənimdi. Mən də cavab verdim ki, qardaş, sən get həmin yerdə "Sarı gəlini" ondan yaxşı oxu və bununla sübut elə ki, onların deyil, bizimdi. Erməni İrana "Arsax"ı göndərib, bizimkilər də həmin yerə Ağdamın "Şur" ansamblını göndərsinlər. "Şur" ansamblı vaxtilə dünyanı lərzəyə salıb. Bu gün də mövcuddur.Bizim Mədəniyyət Nazirliyi "Şur" ansamblını göndərsin, gedib orada konsert təşkil etsinlər. Baxın, sizə maraqlı bir fakt ərz edim. O vaxt Şaxtaxtinksi Yaponiyaya gedib, harada otururmuşsa, insanlar kütləvi şəkildə onun başına yığılırmış və sonradan islamı qəbul etməyə başlayırmışlar. O, elə gözəl danışırmış ki, onua qulaq asanlar islamı qəbul edirmiş. Baxırlar ki, bir şaxtaxtinskinin hesabına çoxsaylı insan islamı qəbul etdi. Dərhal Yaponiyaya 200 missoner gömdərirlər ki, Şaxtaxtinski hara gedir gedin orada onun əlehinə danışın. Baxın , indi ermənilərlə mübarizənin bir yolu da budur".
Qeyd edək ki, işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Məlumata görə, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib. Koçaryan qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol