Deputat: “Lapişinə cinayət işi açmaq bir mesaj oldu”





"Dağlıq Qarabağa qeyri qanunu, bizim icazamiz olmadan gedənlər cəzalandırılmalıdırlar. Hesab edirəm ki, haqlı olaraq, bloqqer Aleksandr Lapşin haqqında cinayət işi açıldı. Biz həmin bloqqeri mühakimə etmək hüququnu özümüzdə saxlayırıq. 

Bu, Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil edənlərə bir mesajdır”. 

Sherg.az bildirir ki, bu sözləri parlamentin iclasında deputat Zahid Oruc səsləndirib. Millət vəkilinin bildirdiyinə görə, XİN səviyyəsində işğal altında olan torpaqlara qanunsuz səfər edənlər "qara siyahı”ya salınır: 

"Bu, kifayət deyil. Düşünürəm ki, ayrıca qanunverici sənəd hazırlanmalıdır. Azərbaycan Dağlıq Qarabağa səfərlər təşkil etsə, bu zaman Ermənistan mane olacaq. Çünki nəzarət onlardadır. Bununla da, biz icazə versək, Ermənistan qoymasa, həmin şəxslərdə Ermənistana qarşı fikirlər formalaşacaq”.

Anar