Deputat Mübariz Qurbanlıya təşəkkür etdi: " Məhz onun sayəsində... "
14:44 10.11.2017
Arxiv
1464
Tahir Kərimli:"...Dəbdəbəli qəbirüstü abidələrin ləğvi aktuallaşdı və həmin istiqamətdə ciddi işlər görülməyə başlandı"
"Dəbdəbəli qəbirüstü abidələrin ləğvi çox müsbət addımdır”.
Bu barədə "Sherg.az”a Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilməsinə münasibət bildirərkən millət vəkili Tahir Kərimli bildirib.
Deputat müxtəlif ölkələrin bu məsələdə öz qaydaları olduğunu söyləyib:
"Təxminən 25 il əvvəl Amerikada oldum. 27 minə yaxın qəbir olan, məşhur bir qəbiristanlığı ziyarət etdim. Bütün qəbirlər eyni idi. Əsgəri də, generalı da, alimi, varlısı, kasıbı da - hamısı eyni cür qəbirlər idi. Sözün əsl mənasında səliqə-səhman hökm sürürdü. Bütün insanların həqiqətən sonda bərabər olduğuna işarə idi.
Vaxtilə Suriyada da böyük qəbiristanlıqda belə hal gördüm. Peyğəmbərin sevimlisi Bilalın qəbri olan bu qəbirstanlıq da sadə idi. Ölkələrin dinindən asılı olmayaraq, belə müsbət nümunələr çoxdur.
Xüsusilə, bu, İslam dinində insanların allah qarşısında bərabərliyini ehtiva etmək üçün vacib məsələdir. Ona görə, Naxçıvanda həmin qaydaların tətbiqini müsbət qiymətləndirirəm. İnsanlar bir-birindən fərqlənməməlidir.
Ali məhkəmədə işlədikdə insanlar mənə dedilər ki, rüşvət almırsan, heç olmasa yaxınlarının qəbirinin üstünü dəbdəbəli düzəldək. Lakin razı olmadım. İndinin özündə də yaxınlarımın qəbrinin üzərində adi mərmər belə yoxdur. Əvvəldən belə halların tərəfdarı olmamışam.
Hesab edirəm ki, hamımız yeni qaydalara riayət etməliyik. İnsanlara sağ ikən hörmət etmək lazımdır. Bu məsələləri gündəmə gətirdiyinə görə, Dini Qurumlarla iş üzrə dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edirəm. Məhz onun sayəsində dəbdəbəli qəbirüstü abidələrin ləğvi aktuallaşdı və həmin istiqamətdə ciddi işlər görülməyə başlandı".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Qərara görə, bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi