Deputat - "Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edib"




Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirə olunur.

 Sherg.az-ın məlumatına görə, Məcəlləyə 201 dəyişiklik edilməsi nəzərdə tutulub. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib: 

"Qlobal iqtisadi sarsıntılar, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edib. Buna görə də, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”.