Deputata və oğluna şər atanlar 90 min manat cərimələndi – MƏHKƏMƏ QƏRARI
15:09 31.08.2018
Arxiv
1357
Avqustun 31-də Binəqədi rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Milli Məclisin deputatı Elmira Axundova və oğlu Həbib Axundovun iddiaları üzrə məhkəmə prosesi başa çatıb.
"Sherg.az" xəbər verir ki, üç ilə yaxın davam edən məhkəmə prosesində qərar elan olunub.
Bu barədə Elmira Axundovanın nümayəndəsi Rövşən Yusifov məlumat verib.
O bildirib ki, Elmira Axundovanın iddia tələbləri ondan ibarət olub ki, uzun illər qərəzli şəkildə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, müxtəlif KİV-lərə və yüksək dövlət orqanlarına şər və böhtan xarakterli məlumatlar ötürən şəxslər məsuliyyətə cəlb edilsin, qanun qarşısında cavab versin.
Rövşən Yusifovun sözlərinə görə, məhkəmə qərarında Fərman Məmmədov və onun təşkil etdiyi dəstənin üzvləri – Elvin Vəliyev, Şahin Məhərrəmov, Sabir Ağayevin deputat Elmira Axundova haqqında yaydıqları məlumatların həqiqətəuyğun olmadığı təsdiq edilib.
"Qərarda eyni zamanda göstərilib ki, cavbdehlər deputat haqqında yaydıqları həqiqətəuyğun olmayan məlumatları təkzib etməlidirlər. Eyni zamanda, məhkəmə millət vəkilinin şərəf və ləyaqətini alçaldan məlumatlar yayılmasına, işgüzar nüfuzuna mənəvi zərər yetirilməsinə görə cavabdehlərin hər birini on min (10 000) manat cərimə edib”-deyə, Rövşən Yusifov əlavə edib.
R.Yusifov həmçinin qeyd edib ki, həmin məhkəmə qərarı ilə Həbib Axundovun da iddiası qismən təmin edilib və cavabdehlər ümumilikdə əlli min (50 000) manat məbləğində cərimələnib:
"Onu da xatırladım ki, Elmira Axundovanın şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı tərəflər arasında üç məhkəmə çəkişməsi olub, iki iş üzrə artıq Ali Məhkəmənin də qərarı var və hər iki qərarda Elmira Axundovanın iddiası təmin edilib”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə