Deputat:"Aprel döyüşlərində Rusiya Azərbaycana mane olmamalı idi" - Reallıq
14:59 01.02.2018
Arxiv
1794
Fərəc Quliyev:"Moskva Bakının artan nüfuzundan, Qərbə inteqrasiyasından ehtiyat edir, dövlətimizi öz orbitində saxlamağa çalışır”
"Rusiya Azərbaycanla münasibətlərində heç vaxt səmimi olmayıb”.
Bunu "Sherg.az”a Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ölkənin daxili işlərinə müdaxilə ilə bağlı məlumatları bu cür hallara reaksiya verməli olan beynəlxalq strukturlara göndərmək barədə məsləhətindən danışarkən millət vəkili Fərəc Quliyev söyləyib.
O diqqətə çatdırıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bitərəf mövqe tutmalı olduğu halda işğalçı dövlətlə əməkdaşlıq edir:
"Ermənistanın qeyri-qanuni şəkildə silahlanmasında, Azərbaycan torpaqlarını işğal etməsində Rusiyanın rolu məlumdur. Rusiya XİN-in məsləhətində sətiraltı mesaj verilir ki, başqaları bu işə qarışmasın, problemin açarı Rusiyadadır. Şimal qonşumuz bununla "Məndən başqa kimsə qarışmasın” deyir. Hesab edirəm ki, Azərbaycanın daxili işlərinə Rusiya da daxil olmaqla heç bir ölkə qarışmamalıdır. Azərbaycan aprel döyüşlərində Ermənistana qarşı tədbirlər görəndə, Rusiya əl-qolunu çırmalayıb, bizə mane olmamalı, daxili işlərimizə qarışmamalı idi”.
F.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə müzakirələrinə də münasibət bildirib. O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında bu cür müzakirələr 20 ildən çoxdur aparılır:
"Mənasız bəyanatlar verilir. Heç bir ölçü götürülməyib. Onlar Azərbaycana təzyiqləri davam etdirir, bununla Rusiyanın regional layihələrinə daxil etməyə çalışırlar. Bir sözlə, Rusiya Azərbaycanın artan nüfuzundan, Qərbə inteqrasiyasından ehtiyat edir, dövlətimizi öz orbitində saxlamağa çalışır”.
Qeyd edək ki, Rusiya XİN başçısı ATƏT sədri ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etdiklərini söyləyib: "Bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm