Deputatdan Əli İnsanova:"…Jurnalistləri və müxalifəti aşağılamağını heç kimi unutmayıb”






"Əli İnsanov həbsxanadan çıxandan sonra verdiyi açıqlamalar çox qəribədir. Əvvəla, onun bu yaşında özünü Reyqanla müqayisə etməsi düzgün deyil. O öz üzərinə çox böyük iş qoyur”.

Bunu millət vəkili Tahir Kərimli deyib. Parlament üzvü qeyd edib ki, Ə.İnsanovun özünü ultrademokrat hakimiyyəti isə diktator adlandırması da gülüncdür:

"Birincisi, Azərbaycanda belə bir diktatura rejimi olsaydı, o belə müsahibə verə bilməzdi.Şimali Koreyada kimsə belə bir müsahibə verə bilərmi? Əlbətə, yox. İkincisi, diktator adlandırdığın bu hakimiyyətin qurulmasında sən özün iştirak etmisən.

 Sənin özünün diktator kimi, jurnalistləri və müxalifəti aşağılamağını heç kimi unutmur. İndi durub müxalifəti müdafiə edir. Özünü regional lider kimi aparır. 

Hamı onun davranış və kadr siyasətini çox yaxşı bilir. Bir vətəndaş kimi partiya və siyasi qurum yarada bilər, amma qisasçılıq baxımından bu davranışlar yolverilməzdir. Özünün keçmiş həyatını yaddan çıxarmasın. Sual oluna bilər ki, indi vəzifədə olsaydın, belə danışardınmı ? Xeyr. Pislədiyin hakimiyətin ən aparıcı fiquru olmusan. 

Həbs olunan zaman evindən çıxan bahalı əşyaları heç kim unutmur. Hansı korrupsiya və diktaturadan danışırsan ? Sən özün korrupsiya və diktaturanın ən bariz nümayəndəsisən. Heç bir nəticə əldə edə bilməyəcək.  Heç kimin keçmişi unudulmur. Ə.İnsanov suyu bulandırmaq istəyir, amma alınmayacaq. Xalq onun yanında deyil. Xalq heç zaman onun arxasınca getməyəcək”.

Ayyət Əhməd