Dərsliklər çatışmır, valideynlər narazılıq edir
12:31 18.09.2018
Arxiv
840
Bu işdə məktəbdəki kitabxanaların üzərinə böyük məsuliyyət düşür
Hər il orta məktəblərdə dərslik çatışmazlığı ilə bağlı müəyyən problemlər yaşanır. Hətta bu narazılıqlarla bağlı sosial şəbəkələrdə də müzakirələr aparılır. Bəzi valideynlər çatışmayan kitabları mağazalardan aldıqlarını deyirlər.
Dərslik çatışmazlığının bir səbəbi də hansısa ərazilərdə miqrasiya nəticəsində şagird sayının dəyişməsindən yarana bilir. Bəs, kitabların çatışmazlığı ilə bağlı problem həllini necə tapmalıdır?
Təhsil Nazirliyi dərslik çatışmazlığının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, bütün ümumi təhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb: "Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunmuş olar.
Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon/şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərslik hesabına həll edə bilməyəndə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir".
Son illər orta məktəblərdə dərslik çatışmazlığı ilə bağlı problemin olduğunu təsdiqləyən Əməkdar müəllim Almaz Həsrət "Şərq"ə bildirib ki, bu çatışmazlığın qarşısını almaq üçün müəllimlər valideynlərə tövsiyə edir ki, gedib satış mərkəzlərində çatışmayan dərsliyi əldə etsinlər: "Lakin belə hallar valideynlərin narazılığına səbəb olur. Təbii ki, valideyn narazı olsa belə, övladı dərslərdən geri qalmasın deyə lazımlı vəsaiti əldə edir. Onlar məcbur olub dükanlara üz tuturlar və dövlət tərəfindən pulsuz verilən dərslikləri pulla əldə edirlər. Halbuki belə olmamalıdır. 4-5 il öncəyə qədər dərsliklərdə qüsurlar olurdu, geri qaytarılırdı və ya yenisi ilə əvəz olunurdu. Lakin son illərdə valideynlər dərslik çatışmazlığı zamanı dükanlara üz tuturlar".
Məktəblərdəki dərslik çatışmazlığını aradan qaldırmaq üçün ciddi nəzarət mexanizminə ehtiyac olduğunu deyən A.Həsrət bildirib ki, kitabxanaçılar da bu işdə olduqca diqqətli olmalıdır:
"Çünki dərsliklər həmişə ilin sonunda qaytarılan zaman kitabxanaçılar operativ çalışmalıdırlar ki, kitabxanaya qaytarılan kitabların sayı aidiyyəti quruma göndərilsin. Kitabların sayı dəqiq bilinəndən sonra təbii ki, sentyabrda məktəbə daxil olan şagirdlərin sayında artım olduqda dərslik çatışmazlığı olmur. Yeni gələn kitablar və məktəbin özündə yığılan kitablara ciddi nəzarət olunur və boşluq yaranmır.
Çünki kitabların sayında boşluq yaranan kimi neqativ hallar yaşanır və bu, valideynlərin narazılığına səbəb olur ki, dövlət tərəfindən pulsuz verilən vəsaitləri məcbur olub pulla əldə edirlər. Ona görə də bu işdə kitabxanaçıların üzərinə böyük məsuliyyət düşür. İlin sonunda və əvvəlində daim kitabların sayına nəzarət edilməli, dəqiq say məlum olmalı və qeydlər aparılmalıdır.
Dövlət tərəfindən şagirdlərin sayına uyğun olaraq hər il heç olmasa, 10-20 ədəd artıq kitab verilməlidir. Əgər kitablara ciddi nəzarət olunsa, məncə, heç bir boşluq yaranmaz. Bu boşluqlar Təhsil Nazirliyinin aidiyyəti qurumu ilə kitabxanaçıların kompleks şəkildə fəaliyyəti nəticəsində aradan qaldırıla bilər".
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət