Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər – QƏTNAMƏ İMZALANDI
14:29 25.06.2019
Arxiv
785
İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib.
"Sherg.az"ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə assambleya üzvləri, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə söz açıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 5 ildir erməni girovluğunda olduqlarını diqqətə çatdırıb.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov azərbaycanlı girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsində davam edən kommunikasiya prosesi barədə məlumat verib.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov azərbaycanlı qaçqın və məcburi köçkünlərin 30 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini və Ermənistanın işğalçı siyasətinin bölgədə humanitar fəlakətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AŞPA üzvlərinə müraciət edərək, atasının 5 ildir davamlı işgəncələr altında olduğunu və 1 il 8 aydır atasından heç bir məlumat almadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa institutlarında mövcud ikili standartlardan söz açıb, azərbaycanlı girovlarla bağlı beynəlxalq insan haqları institutlarının səssiz qalmalarını anlamadığını bildirib.
Tədbirin sonunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyri-şərtsiz azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub və AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət