DİM növbəti SAT imtahanları keçirdi




Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları keçirilib. Bu barədə "Sherg.az"a DİM-dən bildirilib.

Verilən məlumata görə, imtahanda qeydiyyatdan keçən 48 nəfərdən 47 nəfər iştirak edib. İmtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

SAT imtahanlarının nəticəsinin 17 mayda elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.