DİQQƏT: Bakının mərkəzində BÖYÜK TIXAC yarandı




Bakının bir çox əsas küçə və prospektlərində böyük tıxac əmələ gəlib.

"Sherg.az"Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hazırda paytaxtın əksər küçə və prospektlərində o cümlədən Z.Bünyadov, Neftçilər, Tibilisi prospektləri, F.X Xoyski, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, Azneft dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu səbəbdən də bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb.