DİQQƏT !: "...Onkoloji xəstələr üçün saxta dərmanlar təklif edilir"






"Keyfiyyətsiz dərman problemi tək bizdə deyil, bütün ölkələrdə mövcud olan problemdir”.

Bunu "Sherg.az”a ölkəmizə xaricdən gətirilən keyfiyyətsiz dərmanlar haqqında danışarkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. 

O xatırladıb ki, bir müddət əvvəl Türkiyədə onkoloji xəstələr üçün saxta dərmanlar təklif edilib: 

"Hətta həmin saxta dərmanların çox baha qiymətə satıldığı məlum oldu. Dərmanların saxtalaşdırılması çox gəlir gətirən məsələ olduğuna görə, bütün dünyada yayılıb.

Ölkəyə gətirilən bütün məhsullara- geyimdən tutmuş dərmana qədər hər şeyə dövlət tərəfindən nəzarət həyata keçirilməlidir. Bu, normaldır və daha təhlükəsizdir”.

Aysel Aslan