DİQQƏT! Sosial ev almaq üçün BUNLARI MÜTLƏQ EDİN
08:51 20.06.2019
Arxiv
715
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO-nu yenidən işə salıb.
Bu barədə Lent.az -a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, bu dəfə ilk olaraq tətbiq olunan gözləmə qaydasında mənzil seçiminin də sınaq versiyası istifadəyə verilib, demo resurslar real alış və seçim proseslərinə tam olaraq uyğunlaşdırılıb:
”Ötən dəfəki satışın təcrübəsi göstərir ki, artıq bir-iki saniyə müddəti də onlayn satışda ciddi əhəmiyyət kəsb edir. Tövsiyə ondan ibarət ola bilər ki, iddiaçılar bu demo versiyalardan mümkün qədər çox istifadə etsinlər. Bundan başqa uduş sansını yüksəltmək üçün normal kompüter, yüksək keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olan mütəxəssis köməyi lazımdır”.
O.Gündüz əlavə edib ki, sosial ev almaq istəyənlər sınaq versiyasında qısa zaman kəsiyində seçim edə bilənlərin videolarına da baxmaq lazımdır:
”Yaxşı olar ki, demo versiyasında seçim edənlər öz seçim proseslərinin videosu çəkib digərləri ilə müqayisə etsinlər. Ümid edirəm ki, MİDA bu dəfə TV-də və sosial mediada canlı yayım edəcək”.
Xatırladaq ki, satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 10 iyul 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
Bundan başqa sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır. Həmçinin vətəndaşlar "108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
Əlavə edək ki, "Güzəştli mənzillər”in növbəti satışı 12 iyul 2019-cu il tarixində başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol