Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirdi ki, meşə ərazilərində , dağ ətəyi yerlərdə , əkin sahələrində yanğınların baş verməsinin əsas səbəbləri çöllük sahələrdə açıq oddan istifadə , siqaretin söndürülmədən yerə atılması ve havaların normadan yüksək isti keçməsidir:
Diqqət ! "Tarlalarda qalıqların yandırılması ciddi fəsadlara yol açır" - Ekspert bunun önlənməsi yollarını göstərdi
10:45 05.08.2018
Arxiv
824
Elmar Nurəliyev: "Ərazidən yüksək gərginlikli elektrik xətləri keçirsə, tarla meşə sahəsi və yaşayış məntəqəsinə yaxın yerləşirsə, ekologiya idarəsinə məlumat vermədən ora od vurmaq olmaz! "
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirdi ki, meşə ərazilərində , dağ ətəyi yerlərdə , əkin sahələrində yanğınların baş verməsinin əsas səbəbləri çöllük sahələrdə açıq oddan istifadə , siqaretin söndürülmədən yerə atılması ve havaların normadan yüksək isti keçməsidir:
Məlumdur ki, son zamanlar əkin sahələrində məhsul yığıldıqdan sonra tarlalarda qalıqların yandırılması tendensiyası çox geniş yayılıb. Amma bəzi insanlar bu halın ciddi fəsad və ya fəlakətlərə yol açacağını düşünmür. Məxsusi olaraq, yay aylarında istilərlə əlaqədar məlum arzuolunmaz meyl ciddi fəsadlar törədir. Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə və eyni zamanda meşə təsərrüfatlarında qarşısıalınmaz yanğınlara səbəb olur. Biz də "Sherg.az" olaraq bu "ənənə"nin ölkəmiz, cəmiyyətimiz və insanlarımız üçün təhlükəli olduğunu nəzərə alıb, mövzunun növbəti dəfə aktuallaşdırdıq.
Maraqlıdır, görəsən məlum tendensiyanın önlənməsi istiqamətində nə kimi maarifləndirmə işləri aparılmalıdır ? Bu "təcrübə"nin zərərləri nədən ibarətdir və nə kimi fəsadlara yol aça bilər?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirdi ki, meşə ərazilərində , dağ ətəyi yerlərdə , əkin sahələrində yanğınların baş verməsinin əsas səbəbləri çöllük sahələrdə açıq oddan istifadə , siqaretin söndürülmədən yerə atılması ve havaların normadan yüksək isti keçməsidir: "Ìlk növbədə əkin sahəsinə od vurub yandırmazdan öncə ərazi üzrə ekologiya idarəsinə məlumat vermək lazımdır . Daha sonra hava şəraiti nəzərə alınmalıdır, yəni hava küləkli yaxud normadan yüksək istidirsə, sahəyə od vurmaq məqsədəuyğun deyil . Əgər ərazidən yüksək gərginlikli elektrik xətləri keçirsə , ərazi meşə sahəsi və yaşayış məntəqəsinə yaxın yerləşirsə, bunu ekologiya idarəsinə məlumat vermədən, təhlükəsizlik tədbirləri görmədən etmək olmaz . Ərazi üzrə ekologiya idarəsinin nümayəndələri ehtiyac duyarsa FHN -in yanğından mühafizə bölməsinə məlumat verəcəklər və lazım olan bütün təhlükəsizlik təbdirləri görüldükdən sonra yandırmağa başlamaq olar. Bilmək lazımdır ki yandırılacaq ərazi perimetr boyu şumlanıb yanacaq otlardan ayrılmalıdır, bu yanğının digər sahələrə keçməsinin qarşısını alır .
Daha sonra yandırılacaq ərazi ehtiyat su çənləri ilə təmin edilməli , yanacaq ərazi tullanılmış konservant politelin qablardan , selofan , kauçuk və rezindən təmizlənməlidir . Çünki bunlar kimyəvi tərkibə malikdir və toksiki xarakter daşıyır. Həm ekologiyaya ziyan vuru, həm də insanlarda zəhərlənməyə səbəb olur. Ən sonda yanğın tam söndürüldükdən və buna əmin olduqdan sonra ərazini tərk etmək lazımdır" .
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya