Doğum evində daha bir yeni doğulan körpə öldü - BAKIDA




Bakıda doğum evində körpə ölümü baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Dünən doğulan körpə naməlum səbəbdən bu gün dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.