“Dövlət başçısı bütün imkanlardan istifadə edərək xalqın rifahı üçün əlindən gələni edir” - Deputat
10:28 24.06.2019
Arxiv
541
"Ölkədə elə bir sahə qalmadı ki, orada inkişaf, əməkhaqqı artımı müşahidə olunmasın”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, bunun davamlı olacağına heç kim qətiyyən şübhə etmir:
"Prezidentimiz daim öz xalqına ata kimi qayğı göstərir, eyniylə xalqımız da öz liderinə yüksək etimad bəsləyir. Bəzən danışırdıq ki, maaşlar və sosial təminatlar azdır və s. Amma görürsüz, əməkhaqqları davamlı olaraq artmaqdadır. Ona görə də Prezidentimizə deputatlıqdan əlavə bir vətəndaş kimi minnətdarlığımı bildirirəm.
Bugün ölkəmizdəki əmin-amanlıq, sabitlik, insanların rifah halının yüksəl olması heç bir dövlətdə yoxdur. Biz də bu cür addımların qədrini bilməli və bunu hər yerdə deməliyik. Həmçinin, dövlət başçısının yanında olmalıyıq. Təbii ki, Prezidentimiz ta əvvəldən xalq tərəfindən çox sevilib, indi də çox sevilir. Azərbaycanda iqtidar-xalq arasında böyük etimad körpüsü var”.
Parlament üzvü bildirib ki, dövlət başçısı bütün imkanlardan istifadə edərək xalqın rifahı üçün əlindən gələni edir:
"Əhali də bunu çox gözəl başa düşür, görür və qiymətləndirir. Bundan yaxşı nə ola bilər ki? Ən azından Azərbaycanda uzun illərdir dünya ölkələrinin möhtac olduğu əmin-amanlıq və sabitlik hökm sürür. Hamımız regionda baş verənləri izləyirik, bütün dünya dağılır.
Ölkəmizdəki sabitliyi və rifahı saxlayan isə ancaq və ancaq bizim möhtərəm Prezidentimiz İlham Əliyevdir. Mən iqtidar nümayəndəsi, YAP-ın İdarə Heyətinin üzvü olaraq onsuz da həmişə Ulu Öndər Heydər Əliyevin yanında durmuşam. Bugün də Prezidentimizin yanındayam. Dövlət başçısının atdığı bütün addımları yüksək qiymətləndirirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya