“İdarəetmə sistemində məmur öz ana dilini bilməlidir”
Dövlət qulluğuna qəbul qaydaları dəyişir
06:08 15.11.2017
Arxiv
523
Zahid Oruc: “Xidmət etdiyin xalqa öz dilində danışaraq xidmət göstərməlisən”
“İdarəetmə sistemində məmur öz ana dilini bilməlidir”
“İdarəetmə sistemində məmur öz ana dilini bilməlidir”
Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbulda yeni qaydaların tətbiq olunacağını deyib. Onun sözlərinə görə, əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib.
V.Misirov bildirib ki, qanunvericiliyə edilən əsas dəyişikliklərə uyğun olaraq, dövlət qulluğuna qəbul üçün yeni test bankı və vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb: "Test imtahanlarının yeni modeli hazırlanıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilib. Digər tərəfdən, kifayət qədər çevik model yaradılıb. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.
Bir sıra dövlət məmurlarının doğma dilimizdə danışmağa çətinlik çəkdiyinin şahidi olmuşuq. Maraqlıdır, yeni qəbul modelinin tətbiqi bu sahədə olan çatışmazlığı aradan qaldıra bilərmi?
İnsanların hansı etnik qrupa mənsub olduqlarından asılı olmayaraq dilimizə hörmət, ehtiram və sevgi aşılamağın vacib olduğunu deyən millət vəkili Zahid Oruc bir neçə dil bilmənin üstün cəhət olduğunu da diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, hər şeydən əvvəl hər bir vətəndaş, dövlət məmuru doğma dilini bilməlidir. Milli dilin məhv edilməsi və sıxışdırılması hesabına insan öz varlığından, öz kökündən uzaqlaşmış olur:
"Postsovet ölkələrinin mühüm bir hissəsi Avropaya inteqrasiya yolunu seçiblər. Onlarda da dillə bağlı məsələ istər idarəçilik, istər ictimai həyatın ayrılmaz bir hissəsinə çevrilib və bu, mühüm bir dövlət siyasətini təşkil etməkdədir. Hər bir ölkə çalışır ki, onun milli dili aparıcı siyasət kimi yer alsın. Əlbəttə ki, 2-ci və 3-cü dilin öyrənilməsi yaxşı haldı. Dövlətin coğrafi arealı onda böyüyür ki, həmin vətəndaşlar əmək bazarında yer almaq, xaricə hərəkətlilik, miqrasiya prosesləri üçün daha çox dil bilmə qabiliyyətinə malik olsunlar.
Həqiqətən də Azərbaycan dilinin imtahanlarda tətbiq edilməsini müsbət dəyərləndirirəm və hesab edirəm ki, bu çox düzgün addımdır. İlk növbədə ona görə ki, biz orta məktəblərdə milli dilin xüsusiyyətləri, onun işlənmə qaydaları, istifadəsi, şifahi nitq imkanlarına çox da önəm vermirik. Sanki buna bir qədər yardımçı xarakterdə baxırıq. Gürcüstandan yaşayan soydaşlarımız nə qədər etirazlar etdilərsə, heç bir səmərəsi olmadı. Əlbəttə, istər parlamentdə, istərsə də dövlət idarəçiliyində yalnız rus dilinə malik olan insanlar var. Ancaq biz bununla da təkmillətlilik yaratmaq uğrunda vuruşmuruq. Əsas məqsəd ondan ibarətdir ki, insanlar dillə bağlı heç olmasa prinsipial məqamları öyrənsinlər. Şübhəsiz ki, dövlət idarəetmə sistemində məmur öz ana dilini bilməlidir. 2-ci və 3-cü dilə malikdirsə, bunu alqışlayırıq və önəm veririk. Lakin xidmət etdiyin xalqa öz dilində danışaraq xidmət göstərməlisən. Bu həm mənəviyyat, həm siyasət fenomenidir.
Düşünürəm ki, bu məsələnin bütün sahələr üzrə əhəmiyyəti misilsizdir. Ölkə başçısının dillə bağlı məqamlara xüsusi bir komissiya səviyyəsində yanaşması, bu quruma rəhbərlik etməsi də sübut edir ki, dil dövlətin əsasıdır, bir millətin varlığının başlıca atributudur. Bir dövlətin dilinin əlindən alınması o dövləti artıq başqa millətə çevirir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə