Dövlət sifarişli yerlərin sayı 8 min artdı - RƏSMİ
09:29 25.06.2019
Arxiv
504
"Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında çox böyük dəyişiklik var. Belə ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 min artıb. Bu, böyük rəqəmdir”.
Bunu APA -ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir:
"Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”.
M. Abbaszadə qeyd edib ki, qəbul qaydalarında liberallaşma baş verib: "Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm