“DQR”in danışıqlar masasından çıxması diplomatiyamızın uğurudur”- Ermənistan işğal faktını etiraf etdi




"Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar proesesinin Ermənistan və Azərbaycan tərəfləri arasında aparılmasının özü bir diplomatik uğurdur”.

Bunu "Sherg.az”a politoloq Elnur Soltanov Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünün nəticələrini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, bunun dipolmatik mənası odur ki, artıq Ermənistan işğalçı olduğunu etiraf edir:

"Qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar masasından çıxması o deməkir ki, düşmən ölkə Azərbaycanın ərazilərini işğal edənlərin Qarabağda yaşayan ermənilər deyil, məhz Ermənistan olduğunu etiraf edir. Bu, bizim üçün diplomatik uğurlardan biridir. Diplomatiyadan belə bir məqam da var ki, hakimiyyətlər dəyişəndə dövlətin siyasətini qorumağa çalışırlar. Paşinyan da Qarabağ ermənilərini masaya qaytarmağa çalışdı. Amma mənə elə gəlir ki, Rusiya -Azərbaycan münasibətlərinin dinamik inkişafı bizə köməklik etdi. Biz yenə də diplomatiyada olan qədim bir ənənəni misal olaraaq göstərdik ki, dövlətlərin siyasəti olur, hökumətlər dövlət siyasətinə sadiq qalmalıdır. Bu da xoş bir hadisədir.

 Bununla yanaşı bir məsələni qeyd edim ki, ermənilər qarabağlıların masaya gəlməsini israra etsələr, Azərbaycan bu məsləni də həll etməyə qadirdir və hazırdır. Bütün hallarda məsələnin belə qalması Azərbaycanın xeyrinədir. İşin içində Qarabağ ermənisi olmayanda məlum olur ki,Azərbaycanın torpaqlarını məhz Ermənistan işğal edib. Bu özlüyündə həmişə bizim lehimizə olan məqamdır. Yaxşı hadisədir. Və bir daha qeyd edirəm ki, Rusiya ilə münasibətlərimizin yaxşılaşmasının bu işdə rolu az deyil. Görünür, rəsmi Moskva işğalçı ölkəyə təzyiq göstərib. Amma Rusiya olmasa belə, bizdə həmişə imkanlar var”.

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşün nəticəsi ondan ibarətdir ki, "DQR” Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar masasından çıxarılacaq, danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdiriləcəkdir.

Ayyət Əhməd