DTX-nin Mədəniyyət Mərkəzi Sumqayıtda balaca tamaşaçıların görüşünə gəlib
15:46 10.01.2019
Arxiv
418
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə gəlib.
Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Xoş ovqatlı və yaddaqalan musiqili nağıl-tamaşa "Tıq-tıq xanımın saxta babası” adlanır.
Trend-in məlumatına görə, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında tamaşanın nümayiş etdirilməsində məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək olduğunu bildirib.
"İlk dəfədir DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır. DTX-nin Mədəniyyət Mərkəzinin istedadlı kollektivi bu istiqamətdə bütün yaradıcılıq qüvvəsini və bacarığını sərf edir. Zənnimcə, bugünkü tamaşa uşaqları sevindirəcək, valideynlərin rəğbətini qazanacaq, hər kəsin zövqünü oxşayacaq”, - deyə Arif Babayev qeyd edib.
Orijinal və müasir tərtibatda səhnələşdirilən tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz Tıq-tıq xanımın başına gələnlərdən fərqli məcrada cərəyan edir.
Bayram əhval-ruhiyyəli, şən musiqiləri, sevimli mahnıları, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə uşaqları riqqətə gətirən, göz qamaşdıran və anşlaqla keçən tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı üzləşdiyi macəralardan bəhs edilir. Baş qəhrəman Tıq-tıq xanımın ən birinci arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır.
Uşaqlarla yanaşı, böyüklər tərəfindən də böyük maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını 6 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.
Balacaların məhəbbətini, böyüklərin xoş təəssüratını qazanan tamaşanın sonunda uşaqlar obrazları yaradan aktyorlarla xatirə şəkilləri çəkdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm