Dünya qondarma soyqırıma inanmır
07:46 05.10.2018
Arxiv
594
"Tarixdən bir balaca məlumatı olan və beynəlxalq hüquqa hörmət edən istənilən şəxs ermənilərə Kaliforniyanın qubernatoru kimi cavab verəcək"
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597” qanun layihəsinə veto qoyub. Məlumat üçün deyək ki, layihədə 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının erməni əhalisinə qarşı "soyqırım” törədilməsi iddiası yer alıb. Qanunda ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu.
Lakin qubernator bildirib ki, Amerika Birləşmiş Ştatları rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırım hesab edilmir və müvafiq olaraq, ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl edirlər. Bundan başqa, BMT və Avropa İnsan Hüquqları Məhkəməsinə görə də ermənilərin soyqırım iddiaları sübut olunmuş fakt deyil.
Onu da əlavə edək ki, "AB 1597” layihısi bir sıra dövlətlərə qarşı tətbiq olunan tipik "boykot-divestisiya-sanksiyalar” tədbiridir. Ermənilər bu qanun layihəsindən istifadə edərək Kaliforniya dövlət qulluqçularının pensiya təminatı sistemini Türkiyədə yerləşən maliyyə vasitələrindən imtinaya məcbur etməyə çalışırdılar. Lakin Kaliforniya qubernatoru ermənilərin arzusunu ürəklərində qoyub. Halbuki sözügedən ştat erməni lobbisinin ən güclü olduğu bölgə kimi dəyərləndirilir. Burada Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası ciddi fəaliyyət göstərir.
Ermənilərin növbəti məyusluğunu "Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, sovet dövründə Azərbaycan tarixi məsələlərdə tamamilə təcrid olunmuş vəziyyətdə idi. 70 il ərzində Azərbaycanda qondarma erməni soyqırımı ilə bağlı heç kim danışa, yaza bilmirdi. Çünki imperiya başımızın üstünü kəsmişdi:
"O dövrlərdə Türkiyə də proseslərə biganə yanaşırdı, qondarma erməni soyqırımı məsələsində çox da dərinə getmirdi. Ancaq son dönəmlərdə, xüsusən də ermənilərin artan canfəşanlığı sayəsində Türkiyə hökuməti bütün tarixçiləri və alimləri bu işə cəlb etdi. Azərbaycan rəhbərliyi də məsələyə böyük dəstək nümayiş etdirdi. Alimlərimiz bu istiqamətdə çoxsaylı tədqiqatlar apardılar və dünyaya yaydılar. Aparılan iş öz nəticəsini verməkdə, həqiqəti bilənlərin sayları artmaqdadır. Bununla da ermənilərin uydurmaları, saxta iddialarla ortaya atdıqları yalanları ifşa olunmaqdadır. Tarixdən bir balaca məlumatı olan və beynəlxalq hüquqa hörmət edən istənilən şəxs ermənilərə Kaliforniyanın qubernatoru kimi cavab verəcək. Hətta bir az da sərt münasibət göstərirlər. Deyirlər ki, "qələti siz özünüz etmisiniz, indi də başqasının üzərinə atırsınız”.
Deputat bəyan edib ki, getdikcə ermənilərin iç üzü açılmaqda, reallıqlar meydana çıxmaqdadır:
"Hamıya məlum olur ki, əslində soyqırım törədən ermənilərin özüdür. Xocalı soyqırımı buna misaldır. Düşmənin ifşa olunmasında Azərbaycan dövlət başçısının, Heydər Əliyev Fondunun rəhbərliyinin əvəzolunmaz xidmətləri var. Zamanla bu iş daha geniş vüsət alacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya