"Dünyada müdrik dövlət başçısı problemi var" - Novruz Məmmədov
08:31 04.03.2017
Arxiv
611
"İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamədə əsas məsələ ölkələrin özlərinin iqtisadi inkişafını daha yüksəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüquq və norma və prinsipləri əsasında həlli məsələsi ortaya qoyulub".
APA-nın məlumatına görə, bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe idi.
"Bununla bağlı üzv dövlət səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil. Biz həmişə bu ölkə ilə əməkdaşlıq edirik və edəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub. Bu qətnamədə qeyri-adi heçə yoxdur. BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüquq və prinsiplər əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır. Azərbaycan prezidentinin Brüsseldə görüşlərində də qeyd olundu ki, təəssüf ki, indiki zamanda yaxşı dövlət rəhbəri məsələsi defisitə çevrilib. Həqiqətən də dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə, gərginlikdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır", - deyə PA rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya