Əflatun Amaşov onlayn media ilə bağlı yeni qanunun qəbulunu istəyir: "Bu önəmli və vacibdir"



Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bugünkü iclasında onlayn mediaya maliyyə ayrılmasını istəyib.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, internet resursların cəmiyyətə təsiri geniş və önəmlidir:

"Azərbaycanda KİV haqqında qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. İnternet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər".

Amaşov qeyd edib ki, ölkənin milli təhlükəsizliyi ilə bağlı qanun var: 

"Hesab edirəm ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır. Bu önəmli və vacib məsələdir". 

Anar