Ehtiyac yenə tam qarşılanmayacaq
08:32 10.11.2017
Arxiv
903
3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətin artırılması çox cüzi olacaq
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətin artırılmasını təklif edib. Komitə sədri bu barədə 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
A.Naxçıvanlı bildirib ki, müavinətlər dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın. Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur: "Güzəştli sosial evlərin ipoteka müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var”.
Yeni təkliflərlə bağlı "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva fikirlərini "Şərq”lə bölüşüb. O bildirib ki, "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 2013-cü il 23 avqust tarixli 3082 nömrəli sərəncam var.
Həmin sərəncama əsasən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib:
"Bu, əlbəttə çox simvolik bir məbləğdir. Hətta o qədər simvolikdir ki, ailələrin böyük əksəriyyəti heç bu məbləğə görə tələb olunan sənədləri toplamaq, bürokratik problemləri həll etmək zəhmətinə qatlaşmaq belə istəmirlər. Baxmayaraq ki, bu müavinət məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilir, bir çox hallarda ana, ata, yaxud da uşağa qulluğu öz üzərinə götürən digər şəxs bu məbləği əldə etməyə can atmır. Valideynlər daha çox işləməyə və aldıqları məvacib hesabına uşağa qulluğu təmin etməyə çalışırlar. Əvvəla, Aqiyə xanımın təklifinin yerinə yetirilməsi üçün öncə məcburi dövlət sosial sığortasının məbləği artmalıdır. İkincisi, bu müavinətlər o həddə olmalıdır ki, uşağa qulluq göstərən şəxsin ehtiyaclarını az da olsa qarşılaya bilsin. İş orasındadır ki, parlamentdəki təkliflər nəticəsində həmin müavinətlər cüzi artacaq.
Yenə də o ehtiyacı qarşılayacaq həddə olmayacaq. Bu cür təkliflərin yerinə yetirilməsi üçün reallıqlardan çıxış etmək lazımdır. İnsanların aldığı maaşlar o səviyyədə olmalıdır ki, məcburi dövlət sosial sığortasının da məbləği artsın. Amma hazırda ölkəmizdə bunun üçün real şərtlər yoxdur. Bu olmayanda isə hansısa müavinətləri cüzi artırmaqla heç nəyə nail olmaq olmaz. Bu, uzağı hökumətin müsbət sosialyönümlü addımlarından biri kimi qeydiyyata alınacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi