"Əkin sahələrinin yandırılmasına görə cəza tətbiq edilməlidir" - İqtisadçı
10:54 05.08.2018
Arxiv
701
Əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılması praktikası kənd təsərrüfatı istehsalçıları arasında geniş yayılıb. Yay aylarında isti hava şəraiti ilə əlaqədar bu hal ciddi fəsadlar törədir, yüksək gərginlikli enerji xətləri, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur.
Belə təhlükələrin qarşısının alınması tədbirlərindən danışan iqtisadçı, ekspert Pərviz Heydərov "Sherg.az”a açıqlamasında mövzu ilə bağlı maraqlı məqamlara toxunub. İqtisadçı bildirib ki, əkin sahələrinin, tarlaların yandırılmasının qarşısını almaq üçün kənd təsərrüfatı istehsalçılarına xəbərdarlıq etmək, təbliğat vasitələri ilə onları maarifləndirmək olar:
"Lakin bu addımların ciddi irəliləyişə səbəb olacağını düşünmürəm. Çünki tarlaların, zəmilərin yandırılması əsasən səhlənkarlıq, ehtiyatsızlıqdan və ya qəsdən törədilən fəsadlardır. Bu sahədə qanunvericilikdə müvafiq addımların atılmasına, cəza tədbirlərinin görülməsinə ehtiyac var. Bu kimi hadisələrin qarşısını maarifləndirmə yolu ilə almaq bəzən çətinlik törədir.
Ehtiyatsızlıqdan və ya qəsdən törədilən yanğınların qarşısının alınması işləri ilk növbədə yerli idarəetmə orqanlarının üzərinə düşür. Müvafiq icra hakimiyyətləri, bələdiyyələr və sahə rəisləri birlikdə fəaliyyət göstərərək, fəsadları aradan qaldıra bilərlər. Cərimələrin tətbiqi mexanizmi elə işlənməlidir ki, səhlənkarlıqdan, qəsdən və ya məhsuldarlığın artırılması məqsədilə törədilən yanğınlar daha dəqiq müəyyən edilsin, fərqli cəzalandırılmalar həyata keçirilsin”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya