"Əksəriyyət verginin ağırlığı ucbatından müəssisəsini bağlayıb" - Deputat
09:35 30.01.2018
Arxiv
829
"Vergi sahəsində aparılan islahatlar fonunda ən vacib addım sahibkarların fəaliyyətinin təmin olunması üçün yüngülləşdirici tədbirlər görülməsidir”.
Bu barədə "Sherg.az”a son vaxtlar dövlət müəssisələrində həyata keçirilən kadr və struktur dəyişikliklərinin əhəmiyyətindən danışarkən millət vəkili Fazil Mustafa danışıb.
O vurğulayıb ki, bu istiqamətdə daha optimal addımların atılmasına ehtiyac var:
"Çünki elə vəziyyət yaranıb ki, sahibkarlar, təxminən 1 il əvvəllə müqayisə etsək, eyni qaydada işləmək imkanına sahib deyillər. Böyük əksəriyyət həm də vergi ödəməyin ağırlığı ucbatından müəssisələrini bağlayıb. Vergilər Nazirliyində islahat aparılırsa, bu kimi faktların səbəbləri ortadan qaldırılmalıdır. Sahibkar öz işlətdiyi müəssisəni niyə bağlayıb? Nəticədə onlarla işçi işsiz qalır, dövlətə vergi ödəyən subyektlərin sayı azalır.
Ümid edək ki, bu hallara təsir göstərən islahatlar olacaq. Ümumilikdə götürdükdə isə, dövlət orqanlarında, idarə və təşkilatlarda kadr islahatlarının aparılması müsbət haldır. Xüsusilə, vergi sahəsində kadr islahatları gündəmdə olduğundan, bunu təqdir etməliyik. Hazırkı vəziyyətdə hamını əhatə edəcək vergi sisteminin qurulması vacibdir. Bəzən birinin yükünü başqası çəkməli olur. Amma hər kəs qanun qarşısında öz borcunu yerinə yetirməyə məcburdur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol