Elçin Behbudovun qızı hiddətləndi

Elşad Həmidovun sənədləri saxtadır



6 ildir ki, Elşad Həmidov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin(İQAK) üzvlüyündən uzaqlaşdırılıb. 

Bu barədə Sherg.az-a E.Həmidovun özünü İQAK-nin sədri kimi təqdim etməsinə münasibət bildirərkən təşkilatın mərhum sədri Elçin Behbudovun qızı Günel Behbudova bildirib. O, qeyd edib ki, E. Behbudov E. Həmidovu 2010-cu ildə işdən kənarlaşdırıb və bu quruma yenidən bərpa etməyib: "Buna baxmayaraq həmin şəxs indi özünü qeyri-qanuni formada sədr kimi təqdim edir. Onun düzəltdiyi vəsiqə saxtadır. Sənədləri Ədliyyə Nazirliyində (ƏN) təsdiqlənməyib. E. Həmidov bir neçə dəfə sədrliklə bağlı ƏN-ə məlumat göndərsə də, qeydiyyatdan keçirilməyib. Belə halda onun özünü qurumun sədri kimi təqdim etməsi cinayətdir".

Qeyd edək ki, bu günlərdə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sabir sədr müavini Elşad Həmiodv təşkilatın yeni sdəri kimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında monitorinq keçirib.

Aysel Aslan