Elektriklə balıqları kütləvi məhv edənlər yaxalandı
07:03 25.01.2019
Arxiv
548
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.
İdarədən "Sherg.az"a verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.
Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.
Həmin şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar. Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brokonyerler balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini öldürüb.
İdarənin məlumatında elektrik avadanlığı ilə ovlanan balıqların insan sağlamlığı üçün çox təhlükəli olduğu bir daha diqqətə çatdırılıb, eləcə də kafe, restoran və bazarlarda bu yolla ovlanan balıqları almamaq tövsiyə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm