Elektron siqaret üzündə partladı, 7 dişi töküldü

Andrey Hall adlı bir nəfər elektron siqaret çəkdiyi zaman siqaret üzündə partlayıb. Bir anda qanlar içində qalan adamın üzündən ikinci dərəcəli yanıq aldığı, 7 dişinin də töküldüyü bildirilir.
Andrey Hall ictimai mediadan elektron siqaretin üzündə nələr yaratdığını paylaşıb. Evinin duşunda elektron siqaret çəkən adamın üzündə partlayan alət dərisində ikinci dərəcəli yanıq olmasına səbəb oldu. 7 dişini itirən adam yanıqlar yaxşılaşandan sonra bir sıra estetik əməliyyat keçirəcək. Ağızında partlayan siqaretin parçalarından bəzilərinin adamın boğazına qədər girib batdığı ifadə edilir. Adamın ağızından, dodaqlarından və boğazından parçalar əməliyyatla alınıb. Elektron siqaretin partlaması o dərəcədə geclü olub ki, sanki bomba kimi parçaları ətrafa yayılıb. Hətta duşun tavanına qədər çatan parçalar divarda və tavanda partlayış izləri qoyub. Talesiz adamın hadisənin görüntülərini Facebook hesabında paylaşması rekordları qırır.