Əli Həsənov: Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın
07:41 07.05.2019
Arxiv
449
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.
"Sherg.az"ın məlumatına görə, toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib ki, 2012-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılan Şura üzv dövlətlərinin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir: "Müzakirə olunan əsas məsələlərdən biri dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarını ifadə edilməsinə xidmət etməlidir".
Şöbə müdiri qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur: "Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türk ölkələrinin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Turkiyə regionda hər hansı problemlə rastlasirsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir".
Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".
PA rəsmisi əlavə edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir ki, müzakirə olunur: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi masa üzərindədir. "TRT AVAZ" kanalı bu mənada müzakirə obyektidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət