Əli Kərimlinin siyasi tükənmişliyi islahatlar fonunda!
12:45 01.12.2019
Arxiv
579
Milli Şuranın növbədənkənar parlament seçkilərini boykot edə biləcəyini açıqlaması cəmiyyətdə müzakirəyə səbəb olub. Siyasi şərhçi, STM-in baş məsləhətçisi Tural İsmayılov hadisəni belə qiymətləndirib:
“Ölkə başçısının həyata keçirdiyi sosial və kadr islahatlarının cəmiyyətdə iqtidara olan inamı daha da artırmağı anti-Azərbaycan dairələri və Milli Şuranı ciddi formada narahat edir. Son dövrlər xüsusən Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi rəy sorğuları da ölkə başçısının cəmiyyət içərisində nə qədər yüksək reytinqinin olduğunu nümayiş etdirdi.
Belə olan formada, icra hakimiyyətlərində həyata keçirilən islahatlar PA-da həyata keçirilən struktur islahatları ilə davam etdirildi. Və YAP iqtidarı özünün nüfuzunun durmadan artdığı bir durumda siyasi cəsarət nümayiş etdirərək parlamentin buraxılmağı və növbədənkənar seçkilərin keçirilməsi üçün dövlə başçısına müraciət etdi.
Bütün bu islahatlar isə Əli Kərimli və radikal siyasi qruplaşmaları ciddi formada narahat edir. Birincisi, iqtidar dayanmadan reformlar həyata keçirir. Bunların başında kadr islahatları dayanır.
Kadr yoxluğundan əziyyət çəkən AXCP və dəstəsi isə başda 20 ildən çoxdur eyni adamın sədrliyinə düçar olub və qətiyyən iqtidarla müqayisəolunmaz durumdadır.
İkincisi, Prezidentə və hakimiyyətə olan inamın daha da güclənməsi siyasi marginalların olmayan ümidlərini daha da puç edir. Üçüncüsü, Parlament seçkilərinə qatılmaq üçün uyğun bazası və namizədlərin yoxluğu boykot kimi mənasız çağırışlara səbəb olur. Dördüncüsü, siyasi missiyası seçkilərdə iştirak olan AXCP Əli Kərimlinin ucbatından bu gün seçkiləri boykot etməyə köklənən və məramı 150 nəfərlik aksiyalar olan siyasi qrup halına gəlib.
Beşincisi isə zamanın yeni çağırışlarının islahat olduğunu anlamayan radikal müxaliflər üçün yenilik çağı sadəcə botlar və trolların saxta laykları ilə sərhədlənib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya