Əlindəki xırda cızıq öldürdü

Əgər uşaqlarınızda bu simptomlar müşahidə edilirsə, təcili xəstəxanaya qaçın
2 uşaq anası olan Lucinta Smit bağça işləriylə məşğul olarkən əlinin üstünü yaralayıb. "Daily Mail”də nəşr olunan xəbərə görə, 43 yaşlı qadın günlər sonra qan zəhərlənməsindən həyatını itirib.
Bağça hadisəsinin üzərindən bir neçə gün keçdikdən sonra çiyini ağrımağa başlayan Lucinda, kiçik cızığı həkimə göstərməyə qərar verir. Həkim, ağrı kəsici yazaraq bir fizyoterapistə getməsini söyləyir. 3 gün sonra, ağrısı daha da şiddətlənən Lucinda təcili yardıma gedib, qan testi etdirir. Qan zəhərlənməsi testdə ortaya çıxır. Damarına yeritmək üşün antibiotik verilən qadın 2 gün sonra həyatını itirir. Evli olan Lucindanın biri 9, digəri 6 yaşında uşaqları var.
Sepsis - digər adıyla qan zəhərlənməsi, infeksiya, ya da Lucindada olduğu kimi bir yarayla narahat edən ölümcül xəstəlikdir. Əgər bir uşaqda, ya da yetkində aşağıdakı simptomlar müşahidə edilirsə təcili olaraq xəstəxanaya aparılmalıdır.
-Vücudun anormal bir şəkildə soyuması
-Sürətli nəfəs alıb, vermək, ya da nəfəs alarkən çətinlik çəkmək
-Həddindən artıq halsızlıq
-12 saat içində sidiyə çıxmamaq
-Dərinin rəng dəyişdirməsi, göy rəngə çalan, ya da həddindən artıq solğun olması 
Əgər qan zəhərlənməsi şübhəsi varsa test nəticələri belə gözlənilmədən təcili olaraq antibiotik müalicəsi başladılmalıdır.