Elmira Axundova: "Bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaq"
09:04 01.02.2018
Arxiv
778
"İllər öncə Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər".
"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında millət vəkili Elmira Axundova bildirib. O qeyd edib ki, bu problemi imkan qədər tez həll etmək lazımdır:
"Ya üzərindəki tikililər sökülərək, torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadəyə qaytarılmalı, ya da kateqoriyası dəyişdirilərək, həmin torpaqlar "yaşayış məntəqələrinin torpaqları” olaraq yenidən qeydə alınmalıdır.
Kütləvi söküntüyə dövlətimiz heç zaman getməz, çünki bu, bir tərəfdən iqtisadi cəhətdən səmərəsizdir. Digər tərəfdən, minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, bu həm də sosial problem yarada bilər.
Qalır ikinci variant - Torpaqların təyinatının dəyişdirilməsi, və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsi"
Millət vəkili onu da əlavə edib ki. qanunsuz da olsa, illər öncə salınmış bu yaşayış məntəqələrinin torpaqlarının təyinatı, kateqoriyası dəyişdirilərsə.vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə, öz evlərinə qeydiyyata düşə biləcəklər: "Eyni zamanda minlərlə tikililər dövlət qeydiyyatına alınacaq, bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilər. Qeydiyyata alınmış tikililər əmlak vergisinə cəlb olunacaq.Və ən nəhayət, uzun illər davam edən ciddi bir problemin öz həllini tapması ilə vətəndaş məmnunluğu təmin olunacaqdır.
Buna görə də təklif edərdim ki, həmin yaşayış məntəqələri torpaqlarının təyinatı və kateqoriyasının qismən də olsa. dəyişdirilməsi üçün müvafiq qanunda, - bu torpaq məcəlləsi və ya digər qanun da ola bilər - dəyişikliyin edilməsinə yaz sessiyası dövründə baxılsın.
Əgər bu məsələ Nazirlər kabinetinin səlahiyyətindədirsə, onda bu qurum qaldırılan məsələyə ciddi münasibət bildirməlidir. İnanın ki, bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaq".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm