Əməkdar artist şou verilişləri tənqid etdi: “Mənim kimi klassik ifaçılar küsüb efirdən qaçır”
07:53 30.04.2020
Arxiv
434
“Təəssüf edirəm ki, bu zamanda bu sənətə gəldim. Sovet dönəmində bir kanal var idi. Dahi Rəşid Behbudov və Şövkət Ələkbərova mahnılarını oxuyandan sonra deyirdilər ki, müzakirəyə ehtiyac yoxdur. Amma indi...”
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi gənc müğənnilərin efirlərdə səsləndirdikləri mahnıların bayağı olduğuna eyham vurub, onlara şərait yaradan verilişləri tənqid edib:
REKLA“Müstəqillik gözəldir. Bu gün xoşbəxt həyat sürürük. Lakin indi bəzi cavanlara danışıqda bu qədər sərbəstlik vermək olmaz. Mən Teymur Əmrah zəhmət çəkib, akademiya bitirmişəm. Uzun illər iki universitet müəllimi olmuşam. Mənim bir tələbəm Xalq artistidir, altı tələbəm Əməkdar artistdir, iki tələbəm prezident mükafatçısıdır. Yaxşı, mənə hörmət edib demirsiniz ki, bu gün hansı mahnını oxuyacaqsan? Bura gələn bəzi gənc ifaçılar var ki, onlardan mütləq şəkildə soruşmaq lazımdır ki, bu, efir mahnısıdır? Bu mahnını efirdə səsləndirməyə haqqım var, yoxsa yox? Bəli, onlar xoşbəxt insanlardır ki, siz bunları soruşmursunuz. Onların üzlərinə lazımsız qapı açılıb. Hamısına şamil etmirəm”.
Proqramın aparıcısı Vüsalə Əlizadənin “Senzura olmayan bir dönəmdə yaşayırıq” sözləri T.Əmrahın xoşuna gəlməyib. Əməkdar artist açdığı mövzunu belə tamamlayıb:
“Televiziyalarda senzura var. Lakin yenə də bəzi gənclərdən mütləq soruşmaq lazımdır ki, hansı mahnını efirdə oxuyacaqsan? Tamaşaçıların hamısının konservatoriya təhsili olmasına ehtiyac yoxdur. Anlasınlar ki, müğənni düz, yoxsa səhv oxuyur? Tamaşaçı izləyir və hesab edir ki, əgər ifaçı bu mahnını oxuyursa, deməli, bu belə olmalıdır. O zaman mənimlə onun arasında heç bir fərq olmur. Mənim kimi klassik ifaçılar da küsüb, efirdən qaçırlar. Meydanda isə həmin gənclər olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya