Ərdoğan: Buranı bölmək, parçalamaq istəyənlərə hər yeri məzar edərik



 

Türkiyənin hakim partiyası AKP-nin Ankara 6-cı Konqresi salonunun xaricində toplanan minlərlə insana səslənən dövlət başçısı R.T. Ərdoğan, "Biz 780 min kvadrat kilometrə, 18 milyon kvadrat metrdən gəldik. İndi ilmək- ilmək toxuyuruq, toxuyacağıq. Buranı bölmək, parçalamaq istəyənlərə hər yeri məzar edərik,  məzar. Bu dövləti  daha güclü hala gətirəcəyik" deyə bildirib. (Milliyət)
Dünən, 15 İyul qazisi Sabri Gündüzü ziyarət etdiyini qeyd edən Ərdoğan bunları söyləyib:
-Bu günə qədər 46 əməliyyat keçirib. İndi 47-ci əməliyyatı olacaq. Ayağının kəsiləcəyini söylədilər, düşündüm, amma çarə yox dedilər.

ABŞ-a sərt mesaj verən Ərdoğan, "Danışmaq, müzakirə etmək əlbəttə, qiymətlidir, amma biz əsl nəticəyə baxarıq. Bu proseslərdə qarşılıqlı bəzi kiçik jestlər əlbəttə, mümkündür. Əsl hədəflərimizdən geri çəkiləcək ən kiçik bir tavizimiz yoxdur" deyib.