Ərdoğan seçkiləri çətinliklə qazanacaq, çünki...” - Politoloq




"Türkiyədə parlament seçkilərində hazırkı hakim partiya - Ədalət və İnkişaf Partiyası (AKP) böyük uğur əldə edə bilməyəcək”.

Bunu "Sherg.az”a Türkiyədə keçiriləcək prezident və parlament seçkilərindən danışarkən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, iqtisadi geriləmə, türk lirəsinin devalvasiyası seçicilərin əhval-ruhiyyəsinə ciddi təsir göstərəcək:

"Yaranmış vəziyyətdən istifadə edən digər partiyalar rəqabətdə daha şanslı ola bilərlər. İlk növbədə Cümhuriyyət Xalq Partiyasının (CHP) və İyi Partiyanın mövqeləri yaxşı olacaq.

Prezident seçkilərində isə Rəcəb Tayyib Ərdoğanın seçkiləri qazana bilər. Amma bu, ikinci turdan sonra baş tutacaq. İlk turda məsələyə aydınlıq gəlməyəcək. Hazırkı prezident elektoral qüvvə yığa bilməyəcək. Hətta seçkidə Ərdoğanın məğlubiyyətini istisna etmirəm. Amma çox güman ki, Türkiyə prezidenti seçkiləri böyük çətinliklə qazanacaq”.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2018-ci ilin iyunun 24-də keçiriləcək.

Aysel Aslan