Ərdoğan Türkiyə və Azərbaycan bayraqlarına sarılmış Ramili təbrik etdi





Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

Qol.az-ın xəbərinə görə, bu haqda Prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.