Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verdi




Suriyada bundan sonrakı hədəfimiz Menbiç və Fəratın şərqini terrorçulardan təmizləməkdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.
Ərdoğan PKK-nın inkişaf etməsinin qarşısını almaq üçün Sincarda da ordunun əməliyyat keçirə biləcəyini deyib:

"PKK-nın İraqda fəaliyyət göstərdiyi yerlərin əhəmiyyətli hissəsini nəzarət altına aldıq. Məqsədimiz ölkədəki PKK varlığının da eyni şəkildə ortadan qaldırılmasıdır".