Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ: “Yeni müttəfiqlər axtaracağıq”
12:46 11.08.2018
Arxiv
464
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüfuzlu "The New York Times” qəzetində məqalə yazıb.
Modern.az "xəbər verir ki, məqalədə Ərdoğan ABŞ-a yeni müttəfiqlər axtaracağı ilə bağlı xəbərdarlıq edib.
Yazıda ABŞ-ın Türkiyəyə hazır ki, münasibətini qınayaraq bunun yalnız Vaşinqtona xələl gətirəcəyini qeyd edib.
"Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir dövrdə, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı tək tərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan, Washington əlaqələrimizin asimmetrik ola biləcəyi səhv düşüncəsini bir kənara buraxmalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik tendensiyasını tərsinə çevirməsələr, yeni dostlar və müttəfiqlər axtarmağa başlayacağıq” – Ərdoğan vurğulayıb.
Türkiyə prezidentinin bu nüfuzlu nəşrdə yazdığı "Türkiyə, ABŞ-la böhranı necə görür” məqaləsində həmçinin qarşılıqlı münasibətlər barəsində də söhbət açıb.
O, uzun illər davam edən müttəfiqlik münasibətlərinə toxunub.
"Türkiyə, illər ərzində nə zaman lazım olsa ABŞ-ın köməyinə qaçıb. Koreyada əsgərlərimiz birlikdə vuruşub. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə, torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sabitləşdirmə səylərinə qatqı verib. 11 sentyabr terror hadisələrində Vaşinqton bu pisliyi edənlərə qarşılıq vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyi bir dövrdə, biz NATO missiyasını uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik” – Türkiyə prezidenti bildirib.
O həmçinin yazıda FETÖ təşkilatına toxunaraq ABŞ-ın bu sahədə yardım göstərməməsini qınayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq