Ərdoğandan qələbə çıxışı: "Bu seçkidə də AKP olaraq birinci olduq"




31 mart seçkisi ölkəmiz, millətimiz üçün xeyirli-uğurlu olsun.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu seçkidə də AKP olaraq birinci olduq. Bununla yanaşı, kürd qardaşlarımız terrorçulara dəstək vermədiklərini bir daha nümayiş etdirdilər. Gündəmimizdə çox önəmli islahatlar proqramı var.
Birazdan Ankaraya gedib balkon çıxışımı həyata keçirəcəyəm", - o bildirib.

***

Ölkəmizi dizi üstə çökdürməyə çalışanlar bir daha məğlubiyyətə uğradılar. Bu şərəfli mövqelərdən dolayı 81 vilayətdəki hər bir vətəndaşımıza təşəkkürümü bildirirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Seçki nəticələrini Ankarada müzakirə edəcəyik. 2002-ci il 3 noyabr seçkilərindən bəri yenə seçkilərdən qalib çıxan partiya olduq”, - Ərdoğan bildirib.

Prezident onu da əlavə edib ki, bundan sonrakı seçkilər 2023-cü ildə baş tutacaq.

Ərdoğan vurğulayıb ki, uduzduğumuz şəhərlər də oldu, ancaq bu, millətimizin seçimidir və biz buna hörmət etməliyik.