Ərdoğanın yanına qədər gəlib məlumat verdi




Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin  ümumi toplantısına qatılıb.
Salonda ona ayrılan yerə keçən Ərdoğan, bəzi ölkələrin dövlət və hökumət başçılarının nitqlərini dinləyib.

Bu zaman üst səviyyəli adların Ərdoğana marağı böyük olarkən ABŞ xarici işlər naziri Conn  Kerri də bu adların arasına qatıldı. Kerrinin  Suriyada pozulan atəşkəslə bağlı Ərdoğana məlumat verdiyi ehtimal edilir.