
Ərəblərin evlilik təklifinə “hə” deyən qızlarımızın sonrakı aqibəti... - Video
07:52 10.05.2019
Arxiv
1153
Ərəblərlə ailə quran azərbaycanlı xanımların sayı artıb. Uzun müddətdir ki, ərəblərin ölkəmizə axınını müşahidə edirik.
Məlum olur ki, ərəblər Azərbaycana sadəcə, gəzmək, dincəlmək deyil, hətta evlənmək üçün gəlirlər. Onların evlilik təklifinə "hə” deyən qızlarımızın sayı durmadan çoxalır.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Sherg.az”a bildirib ki, ərəblər müsəlman olduqları üçün xanımlarımız bunu qeyri millətlə evlilik kimi qəbul etmirlər:

"İndi xarici vətəndaşlarla evlənməkdə heç bir baryer yoxdur. Bütün dünyada qarışıq nikahlar var və bu qloballaşmanın da bir hissəsidir.
Amma ailə quran şəxslərin statusunun hansı səviyyədə olması, qadının həmin ölkədə yaşayıb-yaşamayacağı, onun qanunu əmlak statusu kimi məsələlər vacibdir. Bildiyimiz kimi, bir çox hallarda ərəblərin 3-4 arvadı olur.
Azərbaycanlı xanımın bu evlilikdə yeri konkretləşibsə, problem yoxdur. Əks halda müəyyən problemlər yarana bilər.
Uşaqların gələcəkdə əziyyət çəkməməsi, onların yaşayacağı yer və gələcəkdə Azərbaycana olan münasibətləri əsasdır. Bu məsələdə psixoloji amillər də var. Müsəlman ölkəsi olsa belə, ərəblə evlənən xanımın həmin ölkənin qayda-qanunlarına adaptasiyası bəzi hallarda çətin olur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol