Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub - ŞOK TƏFƏRRÜAT
07:27 02.02.2018
Arxiv
716
Bakıda mənzildəki seyfdən 58 min dolların oğurlanması hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb. Lent.az "Sputnik”ə istinadən xəbər verir ki, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib. 39 yaşlı zərərçəkmiş ötən il noyabrın 16-da və bu il yanvarın 27-də mənzildə ona məxsus olan seyfdən pulların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, pulları özgəsi deyil, ailə başçısının öz həyat yoldaşı oğurlayıb. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.
İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə elan saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə həmin saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.
Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.
O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.
İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri "WhatsApp” yazışmalarında da öz əksini tapıb.
Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.
******
1 fevral
Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.
Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.
Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.
*****
12:28
Bakıda külli miqdarda pul oğurlamış qadın tutulub. lent.az xəbər verir ki, Binəqədi rayonunda yaşayan şəxs keçən ilin oktyabrından bu ilin 27 yanvar tarixinədək evindəki seyfdən naməlum şəraitdə 57700 dolların oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalarla həmin pulun kişinin həyat yoldaşı tərəfindən oğurlandığı və tanışı Ramin Muradova verdiyi üzə çıxıb. Qadın və pulu verdiyi tanışı tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm